BOROCAL®

Məhsul yığımından sonra meyvələrin keyfiyyətini və onların vəziyyətinin qorunmasını yaxşılaşdırır.

Kateqoriya:

Məlumat

XÜSUSİYYƏTLƏRİ

BOROCAL gənc meyvə toxumalarında və inkişaf etməkdə olan bitkilərdə möhkəmliklə bağlı problemlərin aradan qaldırılması və düzəldilməsi üçün hazırlanmışdır.

Ümumilikdə, bu məhsul, kalsiumun zəif mənimsənilməsi ilə bağlı olan fizioloji zədələnmələrin (uc hissənin yanması, ləkələrin yaranması, çatlama, uc hissənin kiflənməsi) qarşısını alır. Onun üzvi turşularla kombinasiyası transpirasiyanı azaldır və hüceyrə divarında fenol və pektatları artırır və bitkilərir stressə qarşı dayanıqlığını təmin edir.

TƏTBİQİ

  • Aşağıdakı məqsədlər üçün BOROCAL məhsulundan istifadə tövsiyə olunur: Bitkinin yerinin dəyişdirilməsi səbəbindən yaranan stressin aradan qaldırılması.
  • Çiçəklənməyə və meyvələrin formalaşmasına qədər olan mərhələlərdə hüceyrə strukturunui yaxşılaşdırılması.
  • Kalsiumun mənimsənilməsi ilə bağlı fizioloji zədələnmələrin qarşısının alınması.
  • Süfrə üzümündə, günəbaxanlarda və çəyirdəkli meyvələrdə rəngin formalaşmasına kömək etmək.

TƏTBİQ DOZASI VƏ METODU

BOROCAL, bütün bitkilərdə yarpağa tətbiq olunmaq üçün nəzərdə tutulmuş məhsuldur. İlkin çiçəklənmədən meyvə yaranmasına qədər hər 7-12 gündən bir olmaqla 1 hektar üçün 2-3 litr/1000 litr su dozasında tətbiq edin. Bitkilərin yerinin dəyişdirilməsi zamanı yarana biləcək stressin qarşısını almaq üçün eyni dozadan istifadə edin.

Reviews

There are no reviews yet.

Be the first to review “BOROCAL®”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sizə necə kömək edə bilərik