BİTKİLƏRİN EHTİYACI OLAN HƏR ŞEY BİZDƏ!
Dünyamızdaki həyat sarı rənglə başlayır, mavi rənglə davam edir, yaşıl rənglə isə daha da canlanır.
Qarant Aqro MMC fəaliyyətinə 2019-cu ildə Azərbaycanda keyfiyyətli kənd təsərrüfatı kimyəvi maddələrinin və kənd təsərrüfatı girdilərinin satışı sahəsində başlamışdır. Şirkətin yarandığı illərdən bəri korporativ hədəfi hər zaman dürüst, etibarlı bir şirkət kimi böyümək və fəaliyyətini davam etdirmək və hər zaman yüksək keyfiyyətli xidmət göstərməklə kənd təsərrüfatı sektorunda tanınmış və güclü bir ad olaraq yerini tutmaq olmuşdur. Şirkətimiz bu hədəfləri bu günə qədər qoruyub inkişaf etdirə bildiyindən, ölkəmizin hörmətli şirkətləri sırasında olmaqla, yerli və beynəlxalq paydaşları ilə birlikdə xidmətini davam etdirir.
Bu gün şirkətimiz əsasən İspaniyanın Codiagro şirkətinin istehsal etdiyi gübrələr və pestisidlər kimi hər növ kənd təsərrüfatı kimyəvi maddələrini ölkənin hər yerində müştərilərinə vaxtında çatdırır. Logistika infrastrukturu və paylama şəbəkəsi, həmçinin mütəxəssis texniki heyəti ilə güclü satış sonrası xidmətlər təqdim etməklə və fermerlərimizə texniki məsələlərdə dəstək verməklə ümumi keyfiyyət yanaşmasını tamamlayır.
Sizin də, bizim də, ölkəmizin də maddi rifahı, məhz, fermerlərin məhsulunun keyfiyyəti və verimliliyindən asılıdır. Bu baxımdan, gübrə və bitki mühafizə vasitə çeşidləri – sizə təklif etdiyimiz bütün məhsulları xüsusi diqqət və həssaslıqla seçir və yalnız sertifikatlaşmış məhsulların satışını təşkil edirik.
Təcrübəli işçi heyəti ilə şirkətimiz hər gün xaricdə yeni kənd təsərrüfatı təcrübələrini və sübut olunmuş yeni məhsulları izləyir və ölkəmizin şərtlərinə uyğun olanları idxal edərək ölkəmiz fermerlərinin xeyrinə təklif edir. Çünki Azərbaycan Kənd Təsərrüfatının texnoloji inkişafları yaxından izləyərək, ölkəmiz fermerlərinə çatdırmaqla daha uğurlu olacağına inanırıq. Düzgün məhsul və üsullarla sahə üzrə daha yüksək məhsuldarlığın əldə edilməsi və fermerlərimizin gəlirlərinin artırılması, artan əhalimizin düzgün və sağlam qidalanması, ölkəmizdə dayanıqlı kənd təsərrüfatının, həqiqətən ekoloji cəhətdən təmiz istehsal metodunun yaradılması, kənd təsərrüfatımızın prioritet üstünlüyüdür.
Hazırda fermerlərimizin ən böyük çətinliklərindən biri də kənd təsərrüfatı mütəxəssislərinin çatışmaması, müasir bitki mühafizə və gübrələmə vasitələri barədə məlumatlarının yetəri qədər olmaması və bu səbəbdən də bazarda mövcud olan çoxsaylı çeşid və marka arasından doğru seçim etmək bəzən müşkül məsələyə çevrilir. Məhz, hər bir fermerə onun təsərrüfat ehtiyaclarına uyğun bitki mühafizə vasitələrinin seçimi və gübrələmə proqramlarının təyin edilməsində kömək etmək məqsədi ilə şirkətimiz onlara aqranom məsləhəti xidmətini də təqdim edir.
Satış mərkəzlərimizdə Fermer Kartları vasitəsi ilə gübrə və bitki mühafizə vasitələri almağı sizə təlik edirik eyni zamanda nağd və ya bank hesabı ilə köçürmədə mövcuddur.